IT EDUCATION CENTER
Code Academy

2015-ci ildən Proqramlaşdırma tədris proqramı ilə fəaliyyətə başlayan Code Academy, hazırda informasiya texnologiyaları sahəsində mövcud olan 6 sahə üzrə öz fəaliyyətinə davam edir. Code Academy-də Qrafik və veb dizayn, Proqramlaşdırma, 3D modelləşdirmə və vizualizasiya, Sistem administratorluğu, Hərəkətli qrafika və 2D Animasiya, Digital Marketing və Ms office tədris proqramları üzrə beynəlxalq əmək bazarına uyğun kadrlar yetişdirilir. Bu kadrlar tədrisin həm texniki, həm nəzəri, həm praktiki tərəfini mənimsəyərək real layihələr üzərində işlədikdən sonra sektorun ehtiyaclarını qarşılayacaq səviyyədə biliyə sahib olurlar.

Code Academy-nin təhsil sistemi zəmanətli təhsil, talant mərkəzi, mentor sistemi, beynəlxalq sertifikasiya, real layihələr üzərində iş kimi bir neçə sütunlar üzərinə qurulmuşdur. Zəmanətli təhsil ilə 90% dərslərdə iştirak etməsinə baxmayaraq, tədrisi yetərincə mənimsəmədiyini düşünən Code Academy tələbələrinin təkrar təhsil alma hüququ var. Həmçinin, talant mərkəzi məzunların uğurlu karyera qurması üçün onların qlobal bazara uyğun kadr kimi yetişməsində və işlə təmin edilməsində tədris boyu və sonrası daim tələbələrlə əlaqədə olur. Mentor və müəllimlərin köməkliyi ilə tədrisi tam mənimsədikdən sonra, real layihələr üzərində işləyən hər bir tələbə, müvafiq sahı üzrə iş həyatına atılmaq üçün öz portfoliosunun təməlini qoymuş olur.

Code Academy hazırda Microsoft, Autodesk və Digital Marketing Institute kimi beynəlxalq qurumların təhsil partnyorudur və tədris müddəti boyunca tələbələr bu qurumlar ilə birgə beynəlxalq standartı tətbiq edərək öyrənirlər. Bu səbəbdən tədrisi bitirən hər bir tələbə beynəlxalq sertifikat əldə etmək imkanı qazanır.

Gallery for Code Academy